top of page
Nail Sadigov - Haqqında

Mən Nail Sadıqov (Sadigov) 1995-ci ildə İmişli rayonunda doğulmuşam. Məktəb illərində coğrafiya və riyaziyyat fənləri üzrə bir çox yarış və olimpiadaların qalibi, həmçinin mükafatçısı olmuşam. 2013-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, ali məktəblərə qəbul imtahanında II ixtisas qrupu üzrə 630 bal yığaraq xüsusi təqaüd proqramı ilə Azərbaycan Universitetinin biznes və iqtisadiyyat fakültəsinə (ingilis bölməsi) daxil olmuşam və həmin universitetdən ən yüksək nəticəyə malik ikinci tələbə kimi məzun olmuşam. 2014-cü ildə “Mən azərbaycanlıyam” milli bilik yarışmasının dördüncü mövsümünün qalibi olmuşam. Eyni ildə, Azərbaycan Universitetinin  "2 Fevral Gənclər günü"nə həsr etdiyi “Varis Günü” layihəsində Azərbaycan Universitetinin ilk “Varis Rektor”u (ilin tələbəsi) seçilmişəm. 2016-cı ildə Almaniya Akademik Mübadilə Xidməti (DAAD) təqaüd proqramının qalibi olaraq Almaniyanın Koblenz Landau Universitetində akademik təcrübə proqramına dəvət almışam. 2017-ci ildə Avropa Birliyinin xaricdə təhsil üçün yaratmış olduğu Erasmus+ proqramının qalibi olaraq Türkiyənin Anadolu Universitetində təhsil almışam. Dövlət Sərhəd Xidmətində (DSX) həqiqi hərbi xidmətdə olmuşam. Hazırda ehtiyatda olan manqa komandiriyəm. 2019-cu ildə “Data Socool” və “ABB Tech Academy”-də təhsil alaraq data analitikası və proqramlaşdırma bacarıqlarına yiyələnmişəm. 2020-ci ildə dünyanın ən reytinqli universitetlərindən biri olan ABŞ-ın Stanford Universitetində riyaziyyat üzrə təhsil almışam (onlayn formada).

Pedaqoji fəaliyyətimə 2015-ci ilin 5 dekabr tarixində başlamışam. Bu günə kimi ölkəmizin bir neçə aparıcı lisey və hazırlıq mərkəzlərində çalışmışam. Hal-hazırda yalnız onlayn formada pedaqoji fəaliyyətimi davam etdirirəm. Təhsil sahəsində olan əsas məqsədim ölkəmizdə rəqəmsal təhsilin inkişafına dəstək olmaqdır. Fikrimcə, artıq hər kəs rəqəmsallaşan dünyada onlayn öyrənənlər nəslinə mütləq qoşulmalıdır.

bottom of page