MİQ 2022 qəbul sualları
- Nail Sadigov
- 3 Ara 2023
- 8 dakikada okunur
Güncelleme tarihi: 20 Nis 2024
1. Mətndəki məlumatlara əsasən bu nəticəni çıxarmaq olar: Fransız cərrahı Dominik Lari (1766-1842) əyri cərrahiyyə iynəsi icad etdiyi üçün qızıl medalla təltif olunmuşdu. Ona uğur gətirən ixtiralardan biri də təcili yardım karetasının düzəlməsi idi. 1792-ci ildə Fransa Avstriya və Prussiya ilə müharibə apararkən Lari başqa bir kəşfə imza atdı. O, başa düşdü ki, döyüşdə yaralananları böyük və ağır furqonlarla ön xətdən çıxarmaq çox çətindir. Odur ki, yüngül və cəld hərəkət edən arabalar icad etdi ki, onlarla yaralıları tez bir zamanda hospitala çatdırmaq mümkün idi.
A) Fransız cərrahı 76 yaşlı Dominik Lari Fransanın Avstriya və Prussiya ilə apardığı müharibədə vəfat etmişdir.
B) Təcili yardım karetasının ixtirası Lariyə böyük uğur gətirmiş və bu ixtiraya görə cərrah qızıl medalla təltif olunmuşdur.
C) Cəld hərəkət edən arabaların icad olunmasına səbəb müharibə zamanı yaralıların cəbhənin ön xəttindən çıxarılmasında olan çətinlik idi.
D) Fransa Avstriya və Prussiya ilə müharibə apararkən cərrah və ixtiraçı Dominik Larinin 50 yaşı var idi.
E) Əyri cərrahiyyə iynəsini icad edən Dominik Lari fransız mühəndisi idi.
2. Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil?
1879-cu ildə məşhur ABŞ ixtiraçısı Tomas Edison (1847-1931) kütləvi istehsal üçün yararlı olan uzunömürlü lampa ixtira etdi. Şüşə balonda havanın az olduğu mühitdə kömürləşmiş bambuk liflərindən ibarət tel közərirdi. Nəticədə daha parlaq və uzunmüddətli işıq saçan Edison lampaları meydana çıxdı.
A) Edison lampaları neçənci əsrdə ixtira edilmişdir?
B) Edison lampalarının digər lampalardan fərqi nə idi?
C) Edison lampalarının iş prinsipi necə idi?
D) Edison kimdir və hansı əsrdə yaşamışdır?
E) Edison lampalarının ixtira səbəbi nə idi?
3. Aşağıdakı cümlənin düzgün sintaktik təhlilini müəyyən edin.
"Bəli, bəli, işin həqiqəti budur ki, qara ləkə ağ ləkəni basmasın. (C. Məmmədquluzadə)
A) mübtəda, xəbər, təyin, mübtəda, təyin, tamamlıq, xəbər
B) mübtəda, xəbər, mübtəda, tamamlıq, xəbər
C) tamamlıq, xəbər, təyin, mübtəda, tamamlıq, xəbər
D) tamamlıq, xəbər, təyin, mübtəda, təyin, tamamlıq, xəbər
E) mübtəda, xəbər, mübtəda, təyin, tamamlıq, xəbər 4. Frazeloji birləşmə işlənmiş cümləni göstərin.
1. Sağlam olmaq xoşbəxtliyin açarıdır.
2. Arada bir xəbər al, yada sal bizi.
3. Ali məktəbə qəbul olmaq ən böyük arzumdur.
4. Körpə, deyəsən, gözə gəlmişdi.
5. Yol qaranlıq olduğundan gedə bilmədim.
A) 1, 5 B) 2, 4 C) 1, 2 D) 3, 4 E) 1, 3
5. Fərqləndirilmiş sözlərin hansında mənsubiyyət şəkilçisi artırıldıqda səsdüşümü baş verməyib?
A) Kaş qəbrin tapılaydı, ay ana.
B) Baxır əynimizə, söhbətimizə.
C) Könlü ayrılmayır xatirələrdən.
D) Gedək ömrümüzün ilk ünvanına.
E) Gücünü, əzmini bildirəcəklər.
6. Aşağıdakı cümlədə buraxılmış durğu işarələrinin ardıcıllığını müəyyənləşdirin.
Tərlan nə oxuyursan deyə müəllim soruşdu
A) vergül, sual, tire, vergül, nöqtə
B) dırnaq, vergül, sual, dırnaq, tire, nöqtə
C) vergül, sual, tire, nöqtə
D) tire, vergül, tire, sual, nöqtə
E) dırnaq, vergül, sual, tire, nöqtə, dırnaq
7. "Təşviş və göz yaşları ilə keçən bir neçə aydan sonra uşağın valideynləri faciə ilə barışdı, onlar adi həyat sürməyə başladılar." cümləsində köməkçi nitq hissələrinin sayını müəyyən edin.
A) dörd: bir bağlayıcı, üç qoşma
B) üç: bir bağlayıcı, iki qoşma
C) dörd: bir bağlayıcı, iki qoşma, bir ədat
D) dörd: iki bağlayıcı, iki qoşma
E) üç: bir ədat, bir bağlayıcı, bir qoşma
8. Adlıq halda işlənmiş isimlə başlayan cümləni seçin.
A) Beyini gücləndirən qidalardan daha çox istifadə etmək lazımdır.
B) Oğlu hərbi xidmətdən qayıdan ana sevincindən ağlayırdı.
C) Ağıla və düşüncəyə yalnız insan sahibdir.
D) Kitab vərəqləri bir-bir ətrafa səpələndi.
E) Xəstə həkimin qəbuluna yazıldı.
9. Misralarda işlənmiş isimlərin morfoloji təhlilindəki səhvi müəyyənləşdirin.
Zaman-zaman gözlərimi boşluqlara dikmişəm,
Günün, ayın, ulduzların keşiyini çəkmişəm.
(M. Rahim)
A) "Gözlərimi" - mənsubiyyət, cəm, hal şəkilçisi qəbul etmiş isimdir.
B) Birinci misrada ismin quruluşca hər üç növünə aid söz var.
C) İkinci misrada üç yiyəlik halda işlənmiş isim var.
D) Birinci misradakı düzəltmə isim yönlük haldadır.
E) İsimlədən biri düzəltmə, qalanları sadədir. 10. Səpir ətrafına göz yaşlarımı, sevgili yar!
Gör könül qanı ilə gözdə neçə dürr yaranır!
(M.H.Şəhriyar)
Şeir parçasında başlanğıc formasında omonim olan sözlərin sayını müəyyən edin.
A) 3 B) 1 C) 5 D) 2 E) 4
11. Tamamlıq vəzifəsində işlənən söz digərilərindən qrammatik məna baxımından fərqlənir:
A) Qardaşından çoxdandır ki, xəbər almırdı.
B) Gələcəyə çox böyük ümidlər bəsləyirdi.
C) Masa üzərindəki kağızları yerə səpələmişdilər.
D) Tez-tələsik gəlib əlindəkiləri stolun üstünə qoydu.
E) Bakını çox sevirdi və burdan ayrılmaq istəmirdi.
12. Şeir parçasında işlənməyən nitq hissələrini müəyyən edin.
Hələ səsim ucalmayıb
El gücündən güc almayıb
Hələ ürək qocalmayıb
Ağarma, saçım, ağarma!
(Məmməd Araz)
1. Zərf 2. Sifət 3. Əvəzlik 4. İsim 5. Qoşma
A) 2, 3, 5
B) 1, 3, 5
C) 3, 4
D) 1, 2, 4
E) 1, 5
13. Tələffüz qaydasına görə uyğunluğu müəyyən edin.
1. tappıltı a. Qoşa samitlərin tələffüzü fərqlənmir.
2. əlbəttə b. 3 kar, 2 cingiltili samit var.
3. mütəkkə c. 2 cingiltili, 2 kar samit var.
4. addım d. 3 cingiltili, 1 kar samit var.
A) 1-b, 2-d, 3-c, 4-a
B) 1-d, 2-b, 3-a, 4-c
C) 1-b, 2-a, 3-c, 4-d
D) 1-a, 2-c, 3-d, 4-b
E) 1-c, 2-b, 3-d, 4-a
14. "Küskünlük" sözünün fonetik təhlili ilə bağlı düzgün variantı seçin.
A) Vurğu ikinci hecaya düşür.
B) {l} - samit, cingiltili, sonor, kar qarşılığı yoxdur.
C) Sözdə {k} səsinin cingiltili qarşılığı var.
D) Sözdə {y} səsinin kar qarşılığı yoxdur.
E) Sözdəki samitlərdən 4-ü kar, 2-si cingiltilidir.
15. "Fikirlərin müxtəlifliyi onu çaşdırmışdı" cümləsi haqqında yazılmış hansı fikir yanlışdır?
A) Cümlənin mübtədası ismi birləşmə ilə ifadə olunmuşdur.
B) Cümlədə verilmiş söz birləşməsin əsas tərəfi mücərrəd isimdir.
C) Cümlədəki düzəltmə isim mənsubiyyət şəkilçisi qəbul etmişdir.
D) Cümlədəki şəxs əvəzliyi üçüncü şəxsin təkində, təsirlik haldadır.
E) Cümlə yalnız baş üzvlərdən - mübtəda və xəbərdən ibarətdir.
16. Mətndə fərqləndirilmiş və aşağıdakı tələblərə uyğun gələn hansı söz:
1. Omonimlik xüsusiyyətinə malikdir.
2. Variantdakı cümlələrdə mətndəki kontekstdə uyğun təqdim edilməyib.
Uğursuz bir döyüşdən sonra Teymurləng qaçıb bir daşın altında gizlənir. Ətrafına göz gəzdirir, görür ki, bir qarışqa buğda dənini daş yuxarı qaldırıb öz yuvasına aparmağa çalışır. Dən 69 dəfə aşağı düşür, nəhayət, 70-ci dəfə qarışqa dəni apara bilir. Bunu görən Teymurləng utanır ki, bir dəfə məğlub olmaqla geri çəkilib. O, gizləndiyi yerdən çıxır, dan yeri sökülməmiş qoşunu toplayıb yenidən döyüşə girir və qalib gəlir.
A) Otaqdakı toz basmış şkafın gözündə illərin xatirəsi əks olunmuş şəkillər var idi.
B) Növbədə məndən sonra dayanmış xanım işləri təhvil vermək üçün yaman tələsirdi.
C) Nə qədər deyilsə də, o, günahını dandı.
D) İllərin acısı saçlarına düşən dəndə əks olunmuşdu.
E) Dəmirçi şagirdinin atasını kənara çəkib, oğlunun necə istedadlı olduğunu bildirdi.
17. "Vətən torpaqlarını görmək onun ən böyük arzusu idi." cümləsinin düzgün sintaktik təhlilinə uyğun bəndi seçin.
A) tamamlıq, mübtəda, xəbər
B) tamamlıq, zərflik, xəbər
C) mübtəda, xəbər
D) tamamlıq, mübtəda, zərflik, xəbər
E) mübtəda, zərflik, xəbər.
18. Eyniköklü sözlər cərgəsini müəyyən edin.
A) üzgüçü, üzsüz, üzüntü B) evcik, evdəki, evlər
C) ovuntu, ovuşdurmaq, ovlamaq
D) əlcək, ələmək, əldəki E) qızğın, qızdırmaq, qızsız
19. Köklü sayla omonim olan düzəltmə sifətin işləndiyi cümləni müəyyən edin.
A) Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdi. (Ə. Haqverdiyev)
B) Coşqun Xəzər oynar ayaqlarında.
İşıq saçan neftçi torpaqlarında. (C. Cabbarlı)
C) Mərhəmət hissindən məhrum olan azğın düşmən kəndləri viran qoymuşdu.
D) Çoxdan gözləməsinə baxmayaraq, hələ də növbədə idi.
E) Hər sözü, söhbəti duzlu, məzəli,
Süzür kəklik kimi ellər gözəli. (S. Vurğun)
20. Hansı sırada "q" samiti üç müxtəlif səsi ifadə edir?
A) məqsəd, bulaq, yarpaq
B) qaymaq, təqsir
C) doqquz, rəqqas
D) dodaq, haqlı, çardaq
E) qiraət, qaranquş, qarmon 21. Piyada yolun 1-ci gün 1/3 hissəsini, 2-ci gün qalan yolun 5/12 hissəsini, 3-cü gün isə bundan sonra qalan yolun 4/7 hissəsini, 4-cü gün isə qalan 15 km yolu getdi. Yolun uzunluğunu tapın.
A) 90 km
B) 110 km
C) 85 km
D) 95 km
E) 82 km
22. Fermer əkin sahəsindən hər gün əvvəlki gündəkindən 15 kq çox olmaqla, 3 gündə 210 kq kartof toplayır. Şərtə əsasən, fermer dördüncü gün neçə kiloqram kartof toplayar?
A) 85 kq
B) 140 kq
C) 100 kq
D) 70 kq
E) 65 kq
23. Bacı və qardaşın 2 il əvvəlki yaşlarının fərqi 14-ə bərabərdir. Bacının indiki yaşı qardaşın indiki yaşından 3 dəfə böyükdür. Hər ikisinin 4 il sonrakı yaşlarının cəmini tapın.
A) 24
B) 32
C) 36
D) 45
E) 28
24. Avtomobil 1556 km yolun bir hissəsini 73 km saat sürətlə, ikinci hissəsini isə 95 km/saat sürətlə getmişdir. Yolun ikinci hissəsində avtomobil birinci hissədən 4 saat artıq vaxt sərf etmişdirsə, yolun birinci hissəsinin neçə saata getdiyini tapın.
A) 9 saat
B) 11 saat
C) 14 saat
D) 6 saat
E) 7 saat
25. Məchul ədədi 8 vahid artırıb, alınan cəmi 4 dəfə azaltsaq, 5 alınar. Məchul ədədin 1/3 hissəsini tapın.
A) 12
B) 4
C) 28
D) 7
E) 3
26. Kvadratı üç bərabər düzbucaqlıya böldülər. Bu düzbucaqlıların hər birinin sahəsi 75 sm² olarsa, bir düzbucaqlının perimetrini tapın.
A) 30 sm
B) 40 sm
C) 45 sm
D) 60 sm
E) 35 sm
27. 13 t 700 kq – 3 t 2 s 24 kq – 400 q = ?
A) 104 t 75 kq 600 q
B) 10 t 475 kq 600 q
C) 11 t 475 kq 700 q
D) 114 t 75 kq 700 q
E) 1 t 47 kq 756 q
28. 33 eyni qələmin qiyməti 18 belə qələmin qiymətindən 105 manat çox olar. 9 dəftərin qiyməti 12 belə qələmin qiymətindən 21 manat az olarsa, bir qələmin və bir dəftərin birlikdə qiyməti neçə manat olar?
A) 15 man.
B) 14 man.
C) 7 man.
D) 8 man.
E) 18 man.
29. İki ədədin fərqi 42-dir. Böyük ədədi kiçik ədədə bölsək, natamam qismət 4, qalıq isə 6 olar. Bu iki ədədin cəmini tapın.
A) 60
B) 20
C) 40
D) 66
E) 56
30. 5a87b1 altırəqəmli ədədini yüz minliklərə qədər yuvarlaqlaşdırdıqda 600000 alınır. a + b = 8 olduğu məlumdursa, a-nın ən böyük qiymətini tapın.
A) 9
B) 6
C) 8
D) 7
E) 5
31. Ana ilə qızının yaşları fərqi 28-dir. Ananın yaşı qızının iki il əvvəlki yaşının 7 mislinə bərabərdirsə, ananın indiki yaşının rəqəmlərinin cəmini tapın.
A) 5
B) 8
C) 11
D) 7
E) 6
32. 8 • (2 + x) – 5 • (x – 4) = 90 tənliyinin kökü haqqında qeyd edilən hansı fikir doğrudur?
A) Onluqlara qədər yuvarlaqlaşdırdıqdan sonra 140 alınan ən kiçik ədədlə fərqi 117 edər.
B) Ən böyük ikirəqəmli cüt ədəddən 8 dəfə böyükdür.
C) Ən kiçik ikirəqəmli cüt ədəddən 6 vahid böyükdür.
D) Ən böyük birrəqəmli tək ədədin üçqatıdır.
E) Rəqəmləri müxtəlif olan ən böyük üçrəqəmli ədədlə cəmi 1001 edər.
33. 08:00-da məktəbə çatmaq istəyən şagird saat 07:44-də yolun yarısını getmişdi. O, həmin sürətlə yoluna davam edərək, məktəbə təyin etdiyi vaxtdan 2 dəqiqə gec çatdı. Şagird bütün yola neçə dəqiqə vaxt sərf etdi?
A) 18 dəqiqə
B) 36 dəqiqə
C) 32 dəqiqə
D) 34 dəqiqə
E) 17 dəqiqə
34. 196 : 4 < 2x – 3 < 354 : 6 bərabərsizliyini ödəyən mümkün natural ədədlərin cəminin 5/6 hissəsini tapın.
A) 80
B) 79
C) 95
D) 65
E) 85
35. Hesablamanı yerinə yetirin:
2 · (320 dm – 120 sm + 1500 mm) – 600 mm = ?
A) 64 m
B) 64 m 6 dm
C) 32 m 3 dm
D) 32 m
E) 31 m 7 dm
36. Kvadratın daxilinə çevrə çəkilmişdir. Çevrənin radiusunun 5 mislinə 24 əlavə etsək, kvadratın perimetrinə bərabər olar. Kvadratın sahəsini tapın.
A) 576 sm²
B) 256 sm²
C) 144 sm²
D) 225 sm²
E) 324 sm²
37. Uzunluğu 40 m, eni 25 m olan düzbucaqlı formasında olan sahədən 235 kq buğda yığdılar. Eyni məhsuldarlıqla 2 hektar sahədən neçə sentner buğda yığılar?
A) 470 s
B) 47 s
C) 147 s
D) 4700 s
E) 235 s
38. Düzbucaqlı şəklində olan otağın döşəməsinə sə-rilmiş xalçanın kənarları divardan 40 sm məsafədədir. Xalçanın ölçüləri 3 m 20 sm və 5 m 20 sm olarsa, otağın perimetrini tapın.
A) 16 m
B) 20 sm
C) 20 m
D) 22 sm
E) 10 m
39. Südün kütləsinin 4/5-ü qədər qaymaq, qaymağın kütləsinin 1/6-i qədər yağ emal olunur. 400 kq yağ əldə etmək üçün nə qədər süd lazımdır?
A) 3 t
B) 5 t
C) 1 t
D) 4 t
E) 2 t
40. Diaqramda məktəbin 4-cü siniflərində oxuyan şagirdlərin paylanması əks olunub. Bütün oğlanların 3/4 hissəsi futbolla, qızların isə 2/5 hisssəsi bədii gimnastika ilə məşğul olmaq istədiyini deyir. Bu iki idman növü ilə cəmi neçə nəfər məşğul olmaq istəyir?

A) 83
B) 58
C) 65
D) 105
E) 96
コメント