MİQ 2023 qəbul sualları
- Nail Sadigov
- 3 Ara 2023
- 7 dakikada okunur
Güncelleme tarihi: 15 Ara 2023
1. Hansı sıradakı bütün sözlər hallandıqda səsdüşümü baş verir?
A) isim, şəkil, cisim, meyil
B) çiyin, könül, beyin, alın
C) qayın, ağız, şeir, sinif
D) şeir, qarın, ətir, burun
E) nəsil, şəkil, boyun, qarın
2. Tələffüz zamanı hansı sıradakı birləşmələrin hər ikisinin birinci tərəfindəki sözlərin son samiti cingiltili tələffüz olunur?
A) qonaq otağı, torpaq qoxusu
B) bayraq meydanı, kəpənək ömrü
C) balıq ləvəngisi, toyuq hini
D) palıd ağacı, çörək ətri
E) kitab evi, qulaq yoldaşı
3. Bir-biri ilə sinonim olan sözlərin həm də antonimləri var:
A) O, çox yoxsul idi və kasıblıqdan bezmişdi.
C) Almalar yaxşı yetişmiş və yumşaq idilər.
D) Son zamanlar paytaxtımızda möhtəşəm, hündür binalar tikilmişdir.
E) Ağızdan çıxan hər kəlməni, sözü düşünərək demək lazımdır.
4. Hansı sıradakı sözlərin başlanğıc forması kök və iki leksik şəkilçidən ibarətdir?
A) çəkisizlikdə, böyüklüyü, tamahkarlığın
B) ruhlanırdı, çıxıntısı, qoruqçular
C) görünüşdən, soyuqluğun, sürüdəkilər
D) inqilabçılar, döyüşkənliyi, səbəbkarların
E) yaradıcılıq, çökəklikdən, təmizkar
5. Mətndə verilən ifadəyə uyğun düzgün mənanı müəyyənləşdirin. İndiki zamanda da istifadə olunan "Barıtını quru saxla" ifadəsi XVII əsrdə İngiltərə burjua inqilabında görkəmli rol oynamış O.Kromvelin (1599-1658) dilindən yayılmışdır. Kromvel çaydan keçən qoşununa üzünü tutaraq demişdi: "Ümidinizi Allaha bağlayın. Lakin barıtı da quru saxlayın".
A) Silahınızı qoruyun, çünki müharibənin gedişatı bundan asılıdır.
B) Düşmənin hücumuna qarşı həmişə hazır olun.
C) Necə döyüşməyinizdən asılı olmayaraq hər şey Allahən iznindədir.
D) Hər zaman ehtiyatlı davranmaqda fayda var.
E) Rütubətli yerlərdə barıtı qorumaq lazımdır.
6. Cümlələrin birində yönlük halda işlənən söz yer zərfliyi vəzifəsində işlənir.
A) Müəllim bizə yeni mövzunu izah etdi.
B) Evə gedən yolda böyük ticarət mərkəzi tikilmişdi.
C) Bilirsən, ay bala, dünyaya heç bir etibar yoxdur.
D) Yaya qədər bütün işləri qurtarmalıyıq.
E) Bu gün hazırlaşmışdım ki, sizə gəlim.
7. Hansı cərgədəki bütün sözlər çoxmənalıdır?
A) qaz, qol, dil, bəy
B) yar, diş, tut, say
C) quru, yol, nal, əqrəb
D) ay, söz, inci, kol
E) çay, saz, bağ, barı
8. Mübtədası söz birləşməsi ilə ifadə olunan cümləni seçin.
A) Çəməlikdəki çiçəklərin valehedici qoxusu insanı məst edirdi.
B) Uşaqlar toplaşıb ayın tutulmasına tamaşa edirdilər.
C) Çapar xəbər gətirdi ki, Zeynalabdin bu xəbəri mehriban bir təbəssümlə qarşıladı.
D) İş bitən kimi karvan yenidən yoluna davam etdi.
E) Heç kəs yerindən tərpənməyə macal tapmadı.
9. Hansı cümlədə ədat işlənmişdir?
A) Qayıq sahilə yaxınlaşdı, lakin Oktay orada yox idi.
B) Bağçadakı quşların səsi ona məhz həmin günləri xatırlatdı.
C) Günəş həm susur, həm də onları diqqətlə dinləyirdi.
D) Onun nəticələri ya bu gün, ya da sabah məlum olacaq.
E) Uzun müddət onu görmədiyi üçün uşaqtək ağlayırdı.
10. Köməkçi nitq hissələrinin neçəsi əsas nitq hissəsi ilə omonimlik səciyyəsi daşıyır? Doğru, ki, lakin, artıq, ən, elə, sanki, yəni, şübhəsiz, bəlkə, qeyri
A) 4
B) 5
C) 6
D) 7
E) 3
11. Hansı cümlədə təyin frazeoloji birləşmə ilə ifadə olunmuşdur?
A) Gecəsini gündüzünə qatan fəhlələr işi tez təhsil verməyə çalışırıdılar.
B) Bu bəzək-düzəkli sözlərdən o, deyəsən, sıxılmışdı.
C) O, çiynində gəzdirdiyi dağ kimi yüklərin ağırlığından nə vaxt azad olacaqdı?
D) Budur mənim gedəcəyim yol, istəyirsən, birlikdə addımlayaq.
E) Bürümüş dövrəmi dəhşətli, qudurmuş ləpələr.
12. Eyni köklü sözlər cərgəsini müəyyən edin.
A) qarımaq, qarğı, qatır
B) yarğan, yara, yarıq
C) düzəngah, düzlük, düzdürmək
D) sıxıntı, sıxlaşmaq, sıxdırmaq
E) sulu, sudakı, sular
13. Cümlədəki durğu işarələrinin düzgün ardıcıllığını müəyyən edin. Gülbadam sərsəm yuxudan oyanıb oturdu gözlərini ova-ova o yan bu yana baxdı istədi ərinə desin Nə üçün çığır-bağır edirsən yatmağa qoymursan (N. Nərimanov)
A) vergül, vergül, vergül, iki nöqtə, dırnaq, vergül, sual işarəsi, dırnaq
B) vergül, vergül, vergül, vergül, tire, dırnaq, sual işarəsi, dırnaq, nöqtə
C) vergül, iki nöqtə, sual işarəsi, sual işarəsi
D) vergül, dırnaq, tire, dırnaq, sual işarəsi
E) vergül, iki nöqtə, tire, dırnaq, tire, sual işarəsi, nöqtə
14. Mətnə əsasən düzgün hökmü müəyyənləşdirin. Okeanların dibi də bizim yaşadığımız qitələrə bənzəyir: orada da dağlar, dərələr, böyük düzlər və hətta vulkanlar var. Sualtı vulkan püskürəndə onun xaricə atdığı lavanın istisindən dənizin suyu qaynamağa başlayır, sonra lava sürətlə bərkiyir və lava sayəsində vulkanın hündürlüyü bir az da artır. Bəzi vulkanlar o qədər böyüyür ki, suyun səthinə çıxaraq adalar əmələ gətirir. Vulkanın ağzı (krateri) həmin adaların mərkəzinə düşür və bu vulkanların əksəriyyəti istənilən vaxt püskürə bilər.
A) Vulkanlar adaların əmələ gəlməsində əsas vasitəçi olurlar.
B) Sualtı vulkanların püskürməsi zamanı su vulkanın tez sakitləşməsinə səbəb olur.
C) Yer üstünün quruluşu ilə sualtındakı səthin eyniliyi lap qədim zamanlardan bəllidir.
D) Lavanın bərkiməsi və vulkanın böyüyüb quru səthə çevrilməsi nəticəsində adlar yaranır.
E) Vulkanın püskürməsi suyun qaynamasına, o da sualtı təkanların baş verməsinə səbə olur.
15. "Açıqürəkli" sözünün fonetik təhlilindəki səhv fikri müəyyən edin.
A) 5 hecalıdır.
B) Tələffüz zamanı 2 fərq yaranır.
C) 3 kar, 2 cingiltili samit var.
D) 10 səs, 10 hərfdən ibarətdir.
E) Vurğu sonuncu hecaya düşür.
16. Cümlədəki sözlərin morfoloji təhlili ilə bağlı hansı fikir yanlışdır? Balacaların təbəssüm dolu baxışları müəllimləri fərəhləndirirdi.
A) "Baxışları" sözü kökü feil olan cəm və mənsubiyyət şəkilçiləri qəbul etmiş isimdir.
B) "Müəllimlərini" sözü üç qramamtik şəkilçi qəbul etmiş isimdir.
C) "Balacaların" sözü çoxaltma dərəcəsində olan isimləşmiş sifətdir.
D) "Fərəhləndirirdi" sözü kökü isim olan feildən düzələn feildir.
E) "Təbəssüm" sözü sadə isimdir.
17. Cümlədəki sözlərin morfoloji təhlili ilə bağlı hansı fikirlər yanlışdır? Qəflətən əsən küləyin ardınca yağış yağdı. 1. "Yağış" kökü feil olan düzəltmə isimdir.
2. "Qəflətən" düzəltmə zərfdir.
3. "Yağdı" kökü isim olan feildir, keçmiş zamandadır.
4. "Əsən" sifətin də xüsusiyyətlərini daşıyan feildir.
5. "Küləyin" mənsubiyyət şəkilçili isimdir.
6. "Ardınca" ədatla işlənmiş isimdir.
A) 1, 2, 3
B) 1, 3, 6
C) 2, 4, 5
D) 3, 5, 6
E) 1, 4, 6
18. Cümlənin sintaktik təhlilinə uyğundur: Anasına qovuşduğu üçün sevinci yerə-göyə sığmayan qızcığazın ətrafa işıq saçan baxışları ürəyini yerinə gətirdi.
A) zərflik, təyin, mübtəda, xəbər
B) təyin, tamamlıq, xəbər
C) zərflik, təyin, tamamlıq, tamamlıq, xəbər
D) təyin, mübtəda, xəbər
E) təyin, mübtəda, tamamlıq, xəbər
19. Cümlənin sintaktik təhlili ilə bağlı yanlış fikirlərin sayını müəyyənləşdirin. Dağlardan gələn sel qarşısına çıxan evləri dağıdır, camaatın zəhməti sayəsində yaranan əkin sahələrini viran qoyurdu. · İki sadə cümlənin birləşməsindən əmələ gələn mürəkkəb cümlədir. · Cümlədəki ikinci tamamlıq ismi birləşmə ilə ifadə olunmuşdur. · Cümlədə bütün cümlə üzvləri işlənmişdir. · Cümlədəki bütün sözlərin həm leksik, həm də qrammatik mənası var. · Cümlədəki təyinlərdən yalnız ikisi feili birləşmə ilə ifadə olunmuşdur. · Hər bir cümlə üzvündən iki ədəd verilmişdir.
A) 5
B) 4
C) 3
D) 6
E) 2
20. Mətnə əsasən cədvəldəki məlumatların düzgün uyğunluğunu müəyyənləşdirin. Dəfələrlə eşitmisiniz ki, dünyada ən böyük yumurta dəvəquşu yumurtasıdır. Amma öz çəkisi ilə müqayisədə balaca kivi quşunun yumurtası dəvəquşunun yumurtasından 17 dəfə ağır gəlir. Çəkisi 150 kiloqrama çatan dəvəquşunun yumurtası 24 toyuq yumurtası boydadır, sonu suda bərkiyənədək qaynatmaq üçün 45 dəqiqə vaxt lazımdır. Bununla belə, dəvəquşunun yumurtası onun öz çəkisinin 1-1,5%-ni təşkil edir. Adətən, 1,5 kiloqram ağırlığı olan kivinin hər yumurtası isə düşü quşun çəkisinin 26%-i qədər olur. Alimlər müəyyənləşdiriblər ki, tarix boyu ən böyük yumurta qoyan canlı epiornis olub. Madaqaskar adasında yaşayan və indiki dəvəquşulara bənzəyən bu nəhəng heyvanın kökü XVII əsrin sonlarında kəsilib. Əvvəllər ona "fil quşu" da deyiblər. Epiornisin yumurtasının həcmi doqquz litr, çəkisi 180 toyuq yumurtası qədər olub.

A) 1, 2, 4
B) 1, 4, 6
C) 2, 3, 5
D) 2, 4, 6
E) 1, 3, 5
21. Televizorun qiyməti avtomobilin qiymətini göstərən ədədin yüzlüklər mərtəbəsindəki rəqəmin mərtəbə qiymətindən 2 dəfə çoxdur. Avtomobilin qiyməti qırx beş min altı yüz manatdırsa, televizorun qiyməti neçə manatdır?
A) 1000 manat
B) 800 manat
C) 1200 manat
D) 1100 manat
E) 1600 manat
22. Yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda hasildə 2800 alınan ən böyük üçrəqəmli ədədin rəqəmləri cəmini tapın.
A) 24
B) 8
C) 20
D) 12
E) 11
23. Hovuzun tutumu 270 litrdir. Hovuzun 3/5 hissəsi doludur. Bu hovuzun 4/9 hissəsinin dolu olması neçə litr su boşaldılmalıdır?
A) 42 litr
B) 51 litr
C) 28 litr
D) 67 litr
E) 33 litr
24. a : 7 = 9 (q.b) qalıqlı bölmədə bölünən ən çox neçə ola bilər?
A) 73
B) 63
C) 69
D) 70
E) 64
25. İki ədədin fərqi 196-dır. Azalanı 34 vahid azaldıb, çıxılanı 34 vahid artırsaq, fərq neçə olar?
A) 196
B) 128
C) 162
D) 230
E) 264
26. Üç ardıcıl cüt ədədin cəminin 2/3 hissəsi 108-ə bərabərdir. Bu ədədlərdən ən böyüyünün 3/4 hissəsini tapın.
A) 48
B) 42
C) 54
D) 36
E) 30
27. Şagird evdən dayanacağa 8/15 saata, dayanacaqdan məktəbə bundan 1/6 saat az vaxta gedir. O, evdən məktəbə neçə dəqiqəyə gedir?
A) 50 dəqiqə
B) 48 dəqiqə
C) 35 dəqiqə
D) 54 dəqiqə
E) 52 dəqiqə
28. Bərabərsizliyin ən böyük natural həlli ilə ən kiçik natural həllinin hasilini tapın.
28 < 5x + 4 < 44
A) 40
B) 35
C) 30
D) 45
E) 50
29. 52 : (4x + 1) + 27 = 31 tənliyini həll edin və 5 · (26 + 15x) + 3 ifadəsinin qiymətini tapın.
A) 279
B) 350
C) 358
D) 452
E) 463
30. Düzbucaqlı üçbucağın məlum olmayan birinci bucağı məlum bucağının 1/3 hissəsindən 18° artıqdır. Məlum olmayan ikinci bucağın üçbucağın ümumi daxili bucaqlarının cəminə nisbətini kəsrlə ifadə edin.
A) 1/5
B) 4/15
C) 11/30
D) 7/30
E) 1/15
31. Fiqurun sahəsi neçə kvadrat desimetrdir?

A) 17600 dm²
B) 176 dm²
C) 1760 dm²
D) 21000 dm²
E) 1760000 dm²
32. Geyim mağazasında köynəklərin satışında "3+1" aksiyası keçirilir. Bir köynəyin qiyməti 7.50 qəpikdirsə, kassaya 70 manat ödəniş edən alıcı ən çoxu nə qədər köynək əldə etmiş olacaq?
A) 9 ədəd
B) 4 ədəd
C) 8 ədəd
D) 12 ədəd
E) 16 ədəd
33. Şəkildə müxtəlif perimetrə malik üç kvadrat təsvir olunmuşdur. Qırmızı xətlərlə çərçivələnmiş fiqurun perimetrini tapın.

A) 74 sm
B) 70 sm
C) 68 sm
D) 72 sm
E) 76 sm
34. Düzbucaqlının uzunluğu (14·x + 27) sm, perimetri isə 328 sm-dir. Bu düzbucaqlının uzunluğu ilə eninin fərqinin 2 olduğunu bilərək eninin rəqəmləri cəmini tapın.
A) 3
B) 6
C) 9
D) 4
E) 7
35. 8 il əvvəl Ömərin yaşı Arzunun yaşından 2 dəfə çox idi. Ömərin indiki yaşının Arzunun 2 il sonrakı yaşından 5 vahid çox olduğu məlumdursa, Ömərin indiki yaşının rəqəmləri cəmini tapın.
A) 6
B) 7
C) 8
D) 4
E) 3
36. İki bitişik çevrənin ətrafına düzbucaqlı çəkilmişdir. Çevrələrin daxilinə çəkilmiş qırmızı rəngli xətlərin ümumi uzunluqları cəmi a-dırsa, bu çevrələrin ətrafına çəkilmiş düzbucaqlının sahəsinin tapılmasına dair ifadə yazın.

A) (a : 3 · 2) · (a : 3 · 4)
B) (a : 2) · (2 · a : 3)
C) a · (2 · a : 3) · 4
D) 4 · a : 3 · (a + 2)
E) (a : 4 · 2) · (a : 2)
37. Dairəvi diaqramda həftəsonu bölgələrə səyahət edən sərnişinlərin paylanması təsvir olunmuşdur. Gəncə-Daşkəsən zonasına gedənlərin sayı ilə Şəki-Zaqatala və Dağlıq Şirvan zonasına gedənlərin ümumi sayı bərabərdir. Gəncə-Daşkəsən, Lənkəran-Astara və Dağlıq Şirvan zonalarına gedənlərin sayının ədədi ortasını tapın.

A) 300 nəfər
B) 190 nəfər
C) 210 nəfər
D) 250 nəfər
E) 320 nəfər
38. Saat 10:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 46 km, sonra isə həmin gölə tökülən axma sürəti 4 km/saat olan çayda 95 km yol qət etməli idilər. 17:00-da iştiraçılardan biri finiş xəttini birinci keçərək qalib oldu. Birinci yerə çıxmış motorlu qayığın öz sürəti və axın ilə olan sürəti cəminin rəqəmləri cəminin 3 mislini tapın.
A) 18
B) 30
C) 15
D) 27
E) 39
39. Dördotaqlı mənzilin ümumi sahəsi 140 m²-dir. Qeyri-yaşayış sahəsi mənzilin 1/5 hissəsini təşkil edir. Birinci otaq qeyri-yaşayış sahəsinin 3/4 hissəsini, ikinci otağın isə 3/5 hissəsini təşkil edir. Üçüncü otağın sahəsi isə dördüncü otağın sahəsindən 2 m² kiçikdirsə, dördüncü otağın sahəsini tapın.
A) 35 m²
B) 32 m²
C) 27 m²
D) 29 m²
E) 26 m²
40. Aralarında 960 km məsafə olan A və B məntəqəsindən qarşı-qarşıya göy və qırmızı rəngli eyni sürətli iki avtomobilin hərəkət etməsi və 15:00-da iki məntəqə arasında yolun yarısında görüşmələri planlaşdırılırdı. Göy rəngli avtomobil 09:00-da B məntəqəsinə tərəf hərəkətə başladı və öz yolunun 1/3-ni getdi, həmin vaxt B məntəqəsindən qırmızı rəngli avtomobil A məntəqəsinə tərəf hərəkətə başladı. O, 2 saat 30 dəqiqə yol getdikdən sonra yoldaşını götürmək üçün dayanacaqda dayandı. Göy rəngli avtomobil isə hərəkətə başladığı andan dayanmadan və sürətini dəyişmədən hərəkət edərək təyin olunan vaxtda görüş yerinə çatdı və qırmızı rəngli avtomobili gözləməyə başladı. Yoldaşını gözləyərkən 30 dəqiqə vaxt itirən qırmızı rəngli avtomobilin sürücüsü yoldaşı gələndən sonra göy rəngli avtomobilin sürücüsünə zəng edərək görüş yerinə təyin olunan vaxtdan 1 saat 30 dəqiqə gec çatacağını bildirdi. Yoldaşı ilə görüşdükdən sonra qırmızı rəngli avtomobil sürətini nə qədər artırmalıdır ki, dediyi vaxtda görüş yerinə çatsın?
A) 88 km/saat
B) 24 km/saat
C) 32 km/saat
D) 56 km/saat
E) 112 km/saat
Comments